Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala çıxa bilməyib

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Sportline.az xəbər verir ki, 57 kq çəki dərəcəsində yer alan idmançı finala gedən yolda yaponiyalı Tsuqumi Sakurai ilə üz-üzə gəlib.

Rəqibinə 0:10 hesabı ilə uduzan Əliyeva həlledici qarşılaşmaya vəsiqə qazana bilməyib. O, bürünc medal uğrunda görüşə çıxacaq.

Bu gün həmçinin 65 kq-dakı Elis Manolova bürünc medal uğrunda Kumba Larrokla (Fransa) görüşəcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.