Dünya çempionatı: yunan-Roma güləşçilərimiz bu gün mübarizəyə qoşulacaqlar

Azərbaycanın yunan-Roma güləşçiləri Serbiyanın paytaxtı Belqradda təşkil olunan lisenziya xarakterli dünya çempionatında bu gün mübarizəyə başlayacaqlar.

Sportline.az xəbər verir ki, ilk olaraq 4 güləşçi çıxış edəcək.

55 kq çəki dərəcəsində gücünü sınayacaq Eldəniz Əzizli 1/8 finaldan mübarizəyə qoşulacaq. Onun rəqibi yaponiyalı Tayq Onuşi olacaq.

Sənan Süleymanov (77 kq) təsnifatda Finlandiya təmsilçisi Conni Sarkkinenlə üz-üzə gələcək.

82 kq-da Rafiq Hüseynov çıxışına 1/8 finaldan başlayacaq. Onun rəqibi hələ bəlli deyil.

Beka Kandelaki (130 kq) isə 1/16 finalda gürcüstanlı Yakobi Kajaya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-dək davam edəcək.