Dünya çempionu: “Hər gəlişimdə inkişaf edən gözəl şəhər görürəm”
“Hər gəlişimdə inkişaf edən gözəl şəhər görürəm”.
Sportline.az xəbər verir ki, bunu Bakıda təşkil olunan dünya çempionatında kişilər arasında 300 metr məsafəyə tüfəngdən atəşaçma növünün qalibi olan macarıstanlı İştvan Peni deyib.
26 yaşlı idmançı Azərbaycan paytaxtı və Bakı Atıcılıq Mərkəzi barədə xoş fikirlər səsləndirib: “Bakıya ilk dəfə 2015-ci ildə gəlmişəm. Burada alışmadığımız tək şey havanın tez-tez küləkli olmasıdır. Bu da təbii prosesdir. Çünki Bakı küləklər şəhəridir. Amma paytaxtınız və bu mərkəz çox gözəldir. Bakı hər dəfə dəyişir. Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyətinə də toxunmaq lazımdır. Burada böyük işlər görülür. Yaradılan mərkəz sayəsində bu idman növünün inkişafı yönündə addımlar atılır. Belə yarışların təşkili bunu sübut edir”.