Dünya Kuboku: Azərbaycan millisi İran seçməsi ilə üz-üzə
Bakıda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kuboku bu gün yekunlaşır.
Sportline.az xəbər verir ki, yarışın sonuncu günündə mükafatçılar bəlli olacaq.
İlk olaraq üçüncü yer uğrunda görüşdə Türkiyə və dünya seçməsi üz-üzə gələcək. Bu qarşılaşmanın ardından Azərbaycan və İran milliləri qızıl medal üçün xalçaya çıxacaq.
Azərbaycan komandası B qrupunda dünya seçməsinə qalib gəlib. Serbiya seçməsi koronavirusa kütləvi yoluxma səbəbindən yarışa qatılmadığı üçün texniki məğlubiyyət alıb.
İran kollektivi isə A qrupunda Türkiyə və Qırğızıstandan güclü olub.