Ebereçi Ezenin "Arsenal" sevdası
"Kristal Pelas"ın ingiltərəli futbolçusu Ebereçi Eze "Arsenal"a transfer olmaqda israrlıdır.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Migel Delaniy məlumat yayıb.
Eze üçün "Arsenal" qarşı tərəfə 55 milyon avro təklif edib.
Qeyd edək ki, "Kristal Pelas"ın rəhbərliyi bu təklifə hələki cavab verməyib.
27 yaşlı yarımmüdafiəçinin klubla müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.