Eden Azarın zədəsi ağır imiş

“Real”ın zədəli futbolçusu Eden Azarın durumu daha ciddidir.

Sportline.az xəbər verir ki, bu barədə Belçika yığmasının baş məşqçisi Roberto Martines məlumat verib.

O, İspaniya mətbuatına açıqlamasında Azarın azı 3 ay meydana çıxa bilməyəcəyini deyib: “Bizim “Real”ın tibbi personalı ilə yaxşı münasibətimiz var. Edenin durumundan narahatıq. Təəssüf ki, bu zədə “Mançester Siti” ilə vacib oyun öncəsi oldu. Çox məyusuq. Çünki bu zədə onu ən azı 3 ay futbolsuz qoyacaq. Azar kimi futbolçu həmişə meydanda olmalıdır”.

Xatırladaq ki, La Liqanın 25-ci turunda "Levante" ilə matçda (0:1) zədələnən belçikalı oyunçunun ayaq biləyində sınıq aşkarlanıb. Klubun rəsmi saytı onun ən azı iki meydana çıxa bilməyəcəyini açıqlamışdı.