Əfsanəvi futbolçu koronavirusa qalib gəldi

COVID-19 pandemiyasına yoluxan "Liverpul"un əfsanəvi futbolçusu və baş məşqçisi Kenni Dalqliş evə buraxılıb.

Sportline.az xəbər verir ki, şotlandiyalı veteran futbolçu müalicəsini evində davam etdirəcək.

69 yaşlı mütəxəssis 1977-1990-cı illərdə "Liverpul"da çıxış edib. Mersisaydlılar son dəfə 30 il əvvəl Dalqlişin rəhbərliyi ilə İngiltərə çempionu olub.