Ekşteyn: "Ndlovu mənə təsir etdi"

"Səbail"in cənubi afrikalı futbolçusu Hendrik Ekşteyn açıqlama verib.

Sportline.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi mövsümün əvvəlində "Sabah"a keçidi haqda danışıb. O, Azərbaycana gələrkən tərəddüd etdiyini söyləyib:

"Bir neçə aydır Azərbaycandayam. Ən çox atam, ailəm və dostlarım üçün darıxıram. Açığı, "Sabah"a keçmək istəmirdim. Çünki Bakı haqqında heç bir məlumatım yox idi. Amma sonra bir qədər düşündüm və karyeramda yeni səhifə açmağa qərar verdim. Dino Ndlovunun "Qarabağ"ın heyətində böyük turnirlərdə oynaması və titullar qazanması da qərarıma təsir etdi".

Hendrik Ekşteyn ötən yay "Sabah"a keçsə də, qış fasiləsində onunla yollar ayrılmışdı. Cənubi afrikalı oyunçu  daha sonra "Səbail"lə müqavilə imzalamışdı.