"Əl-Hilal"dan transfer bombası
"Əl-Hilal" yayda heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, əsas hədəf "Barselona"nın futbolçusu Rafinyadır.
Bu haqda jurnalist Nikola Şıkira məlumat yayıb.
Qeyd edək ki, Rafinya bu mövsüm meydana çıxdığı 33 matçda 21 qol, 8 asistlə yadda qalıb.