"El Klasiko"nu bu hakim idarə edəcək

La Liqanın 26-cı turunda keçiriləcək "Real" - "Barselona" oyununun baş hakimi müəyyənləşib.

Sportline.az "Marca"ya istinadən xəbər verir ki, "El Klasiko" Miqel Mateu Laosa həvalə olunub.

Qeyd edək ki, "Real" -"Barselona" görüşü martın 1-i oynanılacaq.