Eldəniz Əzizli ikiqat dünya çempionu oldu

Azərbaycanın yunan-Roma güləşində təmsilçisi Eldəniz Əzizli Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında final görüşünə çıxıb.

Sportline.az xəbər verir ki, 55 kq çəki dərəcəsində yarışan idmançımızın rəqib gürcüstanlı dünya çempionu Nuqzari Tsurtsumiya olub. Əzizli bu görüşdə 8:0 hesablı qələbə qazanaraq ikinci dəfə dünya çempionu olub.

72 kq-dakı Ülvi Qənizadə isə  qızıl medal uğrunda Serbiya güləşçisi Ali Arsalanla üz-üzə gələcək. İran əsilli Arsalan ikiqat Asiya çempionudur.