Əlləri necə yumaq lazımdır? - İnfantinonun cavabı

FİFA prezidenti Canni İnfantino koronavirus pandemiyası ilə mübarizə üçün başlanan "Təhlükəsiz əllər" çağırışını dəstəkləyib.

Sportline.az xəbər verir ki, o, əlləri düzgün yuma qaydasının videosunu paylaşıb. İnfantino çağırışı sabiq futbolçular Didye Droqba və Kakaya ötürüb.

Qeyd edək ki, daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Gebreisus eyni addımı atmışdı.