Elxan Abdullayevin köməkçiləri müəyyənləşdi
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayevin köməkçiləri müəyyənləşir.
SportLine.az Sport7.az saytına istinadən xəbər verir ki, ona "Neftçi"ni böhrandan çıxarmağa kömək edənlərdən biri İqor Getman olacaq. Sabiq "Neftçi"li doğma komandasında köməkçi-məşqçi vəzifəsini yerinə yetirəcək. Ondan başqa Dmitri Kramarenko Elxan bəyin köməkçisi olacaq. O, əvvəlki kimi qapıçırların hazırlığına nəzarət edəcək.
Yaxın günlərdə Mahmud Qurbanovun da "Neftçi"də çalışmağa başlaması gözlənilir.