Elxan Məmmədovdan klublarımıza çağırış

AFFA-nın icraçı vitse-prezident Elxan Məmmədov koronavirus epidemiyasına qarşı olan “Stay at home” ("Evdə qal”) aksiyasına qoşulub.

Sportline.az xəbər verir ki, federasiyanın sosial şəbəkə hesabı 40 yaşlı funksionerin top çilədiyi videosunu paylaşıb.

Məmmədov Premyer Liqa klublarının rəhbərlərinə aksiyaya qoşulmaq üçün müraciət edib.