Emil Balayev məşhur klubun siyahısında

"Zirə"nin qolkiperi Emil Balayev Yunanıstanın "Panatinaikos" klubunun namizədləri sıyahısındadır.

Sportline.az xəbər verir ki, millinin üzvünün adı Kipr "Omoniya"sında çıxış edən Fabiano Ribeyro, Portuqaliya "Tondela"sından Kladio Ramos və Avstriya "Şturm"undan Yorq Zibenhandl ilə eyni siyahıdadır.

Bildirilib ki, "Panatinaikos" yay transfer dönəmində azad agent statusuna malik olan və maaşı 200 min avrodan yuxarı olmayan qapıçı transfer edəcək.

Qeyd edək ki, Emil Balayevin "Zirə" ilə müqaviləsi mövsümün sonunda bitir.