Emil Balayevin Norveç klubundakı taleyinə aydınlıq gətirilib

Millimizin qapıçısı Emil Balayevin Norveç klubu “Bude Qlimt”ə transferi alınmayıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Millimizin qapıçısı ona təklif edilən müqaviləni geri çevirib. Buna səbəb, klubun Emilə yüksək olmayan maaşla iki illik sözləşmə təklif etməsi olub. Balayev isə bununla razılaşmayıb. Norveç təmsilçisi daha yüksək təklif verməyə maliyyə gücünün çatmadığını bildirib. 

Nəticədə millimizin üzvü yenidən Azərbaycana  qayıtmağa məcbur qalıb.