Emil Balayevin yeni klubu müəyyənləşdi

Milli komandamızın qapıçı Emil Balayevin yeni klubu məlumdur.

Sportline.az xəbər verir ki, o, karyerasını Azərbaycanda davam etdirəcək.

Balayev, “Zirə” klubu ilə razılığa gəlib.

Bu barədə, klubun saytında yayılan məlumata görə, Balayev qəsəbə təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, millimizin üzvü son olaraq Qazaxıstanın “Tobol” klubunda çıxış edib.