Emin üçün 6 dəqiqə, Kamran oynamadı
Azərbaycan millisinin üzvləri - Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" Portuqaliya Premyer Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, "damalılar" doğma meydanda "Rio Ave" ilə üz-üzə gəlib.
Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 0:1.
Kamranın adı matçın iştirak ərizəsinə salınmayıb. Emin isə oyuna ehtiyatda başlasa da, 84-cü dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, 27 oyundan sonra aktivində 34 xal olan “Boavişta” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.