Zubirin müqaviləsi təsdiqlənmədi, azad agent oldu
Bu yay “Qarabağ”dan ayrılaraq Səudiyyə Ərəbistanının “Əl-Uruba” klubuna keçən Abdullah Zubir gözlənilməz problemlə üzləşib.
Sportline.az “L'Équipe” nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı çempionatında çıxış etməsi mümkün olmayıb.
Onun yeni klubdakı müqaviləsi yerli liqa tərəfindən təsdiqlənməyib. Buna səbəb “Al-Uruba”nın maliyyə təminatı ilə bağlı problemi olub. Nəticədə Zubirə azad agent statusu verilib. Hazırda fransalı yarımmüdafiəçi yeni klubla müqavilə imzalamaqda sərbəstdir.
Xatırladaq ki, A.Zubir 2018-ci ildən bu ilin yayına qədər "Qarabağ"da çıxış edib.