Toni "Arsenal"ın gündəmində yer alır
"Arsenal" İvan Tonini transfer etmək üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
30 yaşlı forvardın "Əl-Əhli" ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, İ.Toni "Arsenal"da çıxış etməyə isti yanaşır.