Modriç millidən dəvət aldı
İtaliyanın “Milan” klubunda çıxış edən Luka Modriç 40 yaşında Xorvatiya millisinin heyətinə dəvət alıb.
Sportline.az xəbər verir ki, Xorvatiya Futbol Federasiyasının məlumatına görə, təcrübəli yarımmüdafiəçi Millətlər Liqasında Çexiya, İspaniya və İngiltərəyə qarşı keçiriləcək oyunlarda komandasına kömək edəcək.
Qeyd edək ki, Luka Modriç milli komandanın heyətində keçirdiyi 202 matçda 29 qol vurub. 2026-cı il dünya çempionatında Xorvatiyanın mübarizəni son 32 turunda dayandırmasından sonra Zlatko Daliçlə yollar ayrılıb. Onun yerinə Slaven Biliç baş məşqçi təyin edilib.