Tanınmış məşqçi klubdan göndərildi
Türkiyənin 1-ci Liqa təmsilçisi “Antalyaspor” baş məşqçisi Bülənt Qorxmazla yollarını ayırıb.
Sportline.az xəbər verir ki, bu barədə klubdan açıqlama verilib. Məlumata görə, tərəflər qarşılıqlı razılaşma əsasında əməkdaşlığa son qoyublar.
Qeyd edək ki, Bülənt Qorxmaz mövsümün əvvəlində Antalya təmsilçisi ilə birillik müqavilə imzalayıb. Qorxmaz komandanın başında 6 liqa oyununda meydana çıxıb. Məlumata görə, “Antalyaspor” bu qarşılaşmalarda 2 qələbə qazanıb, 4 dəfə isə məğlub olub. Klub rəhbərliyi türkiyəli məşqçiyə və onun komandasına göstərdikləri xidmətə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.