Hakim Ziyeşin yeni klubu bəlli oldu
Mərakeş millisinin sabiq futbolçusu Hakim Ziyeş karyerasını Braziliyada davam etdirəcək.
Sportline.az xəbər verir ki, 33 yaşlı vinger “Botafoqo” ilə müqavilə imzalamağa hazırlaşır.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Bildirilib ki, mərakeşli futbolçu çərşənbə axşamı Braziliyaya yollanaraq Rio-de-Janeyro təmsilçisi ilə rəsmi müqaviləyə imza atacaq.
Ziyeş son olaraq Mərakeşin “Vidad” klubunda çıxış edib və komandadan azad agent kimi ayrılıb.
Qeyd edək ki, təcrübəli futbolçu karyerası ərzində “Ayaks”, “Çelsi” və “Qalatasaray”ın da formasını geyinib.