"Mançester Siti" "Porto"nun qonağı olacaq
Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinə start veriləcək.
Sportline.az xəbər verir ki, "Porto" "Estadio Do Draqao"da "Mançester Siti" ilə münasibətlərini aydınlaşdıracaq.
Heyətlərə nəzər saldıqda Portuqaliya çempionunda itkilərin çoxluğu gözə çarpır. Zaidu Sanusi, Vasko Sousa, Viktor Froholdt, Oskar Pietuzveski və Samuel Aqhehova komandasına komək edə bilməyəcək.
"Şəhərlilər"də isə Niko Orayli və Jeremi Doku matçın iştirak ərzəsində yer almayıb.
Qeyd edək ki, "Porto" - "Mançester Siti" qarşılaşmasını polşalı hakim Şimon Marçinyak idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.