AFFA-dan klublara cərimələr

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 4-cü turundakı qayda pozuntulaı ilə bağlı qərarlar qəbul edilib: 

“Kəpəz” – “Şamaxı” oyununda “Kəpəz”in 6 futbolçusu sarı vərəqə aldığı üçün klun 700 manat cərimələnib.

Eyni matçda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığına görə bölgə təmsilçisi 700 manat cərimə edilib.

“Turan Tovuz” – “Sumqayıt” oyununda “Turan Tovuz”dan 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.

Həmin görüşdə “Sumqayıt”dan 6 nəfər sarı vərəqə aldığına görə “gənclik şəhəri” təmsilçisi 700 manat cərimə edilib.