“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı

Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda keçiriləcək “Mançester Yunayted” - “Sabah” oyununa hakim təyinatları açıqlanıb.

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, matç Fransadan olan hakimlər briqadasına tapşırılıb.

Referi Villi Delajo olacaq. Ona yan xətt hakimləri qismində Ervan Finjean və Valentin Evrar kömək edəcəklər. Dördüncü hakim funksiyasını Matyo Vernis yerinə yetirəcək.

VAR Jerom Brisara (Fransa), AVAR isə Momçilo Markoviçə (Serbiya) həvalə edilib.

Qeyd edək ki, qarşılaşma sentyabrın 10-da İngiltərənin Mançester şəhərindəki “Old Trafford” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.