Azərbaycan çempionatında yeni rekord

Misli Premyer Liqasının 2026/27 mövsümündə azarkeş rekordu yenilənib.

Sportline.az xəbər verir ki, bu, IV turun “Kəpəz” – “Şamaxı” matçında qeydə alınıb.

Gəncə şəhər stadionundakı matçı 15000 tamaşaçı izləyib.

Ötən tur qeydə alınan əvvəlki rekord 13500 idi. Həmin göstərici eyni arenada keçirilən “Kəpəz” – “Turan Tovuz” qarşılaşmasına təsadüf etmişdi.

Qeyd edək ki, “Kəpəz” – “Şamaxı” ilə görüşdə 1:4 hesabı ilə məğlub olub.