"Real Madrid" "İnter"ə qarşı

Bu gün UEFA Çempionlar Liqasında liqa mərhələsinə start veriləcək.

Sportline.az xəbər verir ki, "Real Madrid" "İnter"lə "Santiaqo Bernabeu"da qarşılaşacaq.

"Los blankos" bu görüşə ciddi itkilərlə çıxacaq. Eder Militao, Rodriqo zədə, Arda Güler, Eduardo Kamavinqa və Bernardo Silva cəza səbəbindən meydana çıxa bilməyəcək.

"İnter"də isə Federiko Dimarko zədədən əziyyət çəkir.

Qeyd edək ki, start fiti 23:00-da səslənəcək "Real Madrid" - "İnter" görüşünü ingiltərəli hakim Maykl Oliver idarə edəcək.