Erik Dayer azarkeşlə dalaşdı

"Tottenhem" və İngiltərə millisinin futbolçusu Erik Dayer ölkə kubokunda "Norviç"ə qarşı 1/8 final oyunundan sonra azarkeşlərdən biri ilə dalaşıb.

Sportline.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi gözlənilmədən tribunaya qalxaraq, fanatla toqquşub. Onları stüardlar çətinliklə aralayıblar. Baş məşqçi Joze Mourinyo bildirib ki, həmin azarkeş tribunadan Erik Dayeri və kiçik qardaşını təhqir edib: "Futbolçunun ailəsi tribunada idi və bu, onların xoşuna gəlməyib. Bəli, Dayer etməməli olduğu hərəkətə yol verib. Amma belə situasiyada hər birimiz bu cür davranardıq. Futbolçumu anlayıram və onun tərəfindəyəm". 

Qeyd edək ki, "Tottenhem" əsas vaxtı 1:1 hesabı ilə bitən matçın penaltilər seriyasında "Norviç"ə 2:3 hesabı ilə uduzub.