Ərsun Yanal AFFA-nın təklifini cavablandırdı
Ərsun Yanal Azərbaycan millisinin baş məşqçisi təklifindən imtina edib.
Sportline.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, təcrübəli mütəxəssis mövsümün sonuna qədər çalışmaq niyyətində deyil.
Bir müddət istirahət etmək istəyən Yanala Türkiyə Super Liqasından da bir neçə klubun təklifi olsa da, o, hələlik gözləməyə üstünlük verib.