Eşli Yanq Premyer Liqaya qayıdır?

“İnter”in futbolçusu Eşli Yanq yayda klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, bu barədə məşhur jurnalist Nikola Şkira məlumat yayıb. 35 yaşlı müdafiəçi A seriyası təmsilçisindən azad agent kimi ayrılacaq. Eşli Yanq İngiltərə Premyer Liqasında çıxış etmək istəyir. Onun “Uotford”a keçəcəyi gözlənilir.

Qeyd edək ki, Eşli Yanq bu mövsüm yerli çempionatda 23 matçda 3 qolun ötürməsini verib. İngiltərəli oyunçu 2003-2007-ci illərdə də “Uotford”da forma geyinib.