"Liverpul"da zədə problemləri
“Liverpul”un Dominik Soboslai, Aleksandr İsak və Kodi Qakpo ilə bağlı narahatlığı davam edir.
Sportline.az xəbər verir ki, hər üç futbolçu milli komandaların oyunları zamanı zədə problemi yaşayıb. Onların “Brentford”la qarşılaşmada iştirak edib-etməyəcəyi hələ dəqiq deyil.
Klub heyətin vəziyyətini qiymətləndirir və oyunçuların hazırlığı ilə bağlı son qərar tibbi yoxlamalardan sonra veriləcək. Digər tərəfdən, Konor Bredli və Hüqo Ekitike zədələrindən sonra bərpa prosesini davam etdirirlər.
“Liverpul”un məşqçi heyəti futbolçuların dönüşünü tələsmədən planlaşdırır.