“Real” həmişə qalib gəlməlidir”

“Real”ın hücumçusu Endrik komandaya kömək etməyin onun üçün əsas məqsəd olduğunu bildirib.

Sportline.az xəbər verir ki, braziliyalı futbolçu meydana daxil olduqdan sonra özünü oyuna köklədiyini və komandanın uğuru üçün əlindən gələni etməyə çalışdığını söyləyib.

“Mən hələ də həmin anın həyəcanını yaşayıram. Ehtiyat oyunçular skamyasında oturub Allahla danışırdım. Sonra Nunun məni çağırdığını gördüm. Meydana çıxıb ən çox sevdiyim işi – futbol oynamağı və komandama kömək etməyi bacardım”, – deyə Endrik bildirib.

Gənc hücumçu “Real”da qələbənin hər zaman əsas məqsəd olduğunu xüsusi vurğulayıb: “Madrid qalib gəlməlidir və mən burada olduğum müddətdə bunun üçün çalışacağam”.