“Bavariya” Harri Keynlə razılığa gəldi
“Bavariya” Harri Keynlə müqavilənin uzadılması istiqamətində mühüm addım atıb.
Sportline.az xəbər verir ki, tərəflər 2029-cu ilin yayına qədər qüvvədə olacaq yeni müqavilənin şərtləri barədə prinsipial razılıq əldə ediblər. İngiltərə millisinin hücumçusunun hazırkı müqaviləsi 2027-ci ildə başa çatır.
Münhen klubu Keyni uzunmüddətli layihəsinin əsas fiqurlarından biri hesab edir. Razılaşmanın rəsmiləşdirilməsi ilə bağlı əlavə detallar hələ açıqlanmayıb.