"Beşiktaş" "Hoffenhaym"a qarşı

UEFA Avropa Liqasında 2-ci tura start verilir. 

Sportline.az xəbər verir ki, "Beşiktaş" səfərdə "Hoffenhaym"la üz-üzə gələcək.

"Qara qartal"da Vaslas Çerni meydana çıxa bilməyəcək. Sözügedən oyunçu zədədən əziyyət çəkir. Duşan Vlahoviçin durumuna oyun saatında aydınlıq gələcək.

Almaniya təmsilçisində Patrik Vimmer və Albian Haydari görüşün iştirak ərzəsində yer almayıb.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək matçı belçikalı hakim Lovrens Visser idarə edəcək.