Seçmə komandanın heyəti açıqlandı
Oktyabrın 16-da Monteneqronun Budva şəhərində 19 yaşadək boksçular arasında dünya çempionatı başlanacaq.
Sportline.az xəbər verir ki, 12 gün davam edəcək yarışda Azərbaycan millisi 9 idmançı ilə iştirak edəcək.
Baş məşqçi Elbrus Rzayev U-19 dünya çempionatında Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Renat Qiyaslı (80 kq) və Səfdər Məmmədzadəyə (+90 kq) şans verəcək.
Qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev isə Banuçiçək Nəsirli (48 kq) ilə Gülər Hüseynovaya (51 kq) güvənəcək.
Yarışda Emil Qurbanəliyev hakimlər sırasında yer alacaq. Anar Babanlı isə referilərin işini qiymətləndirəcək.