“Bəzi seçimlərdə mən də səhv etdim”
“Komo”nun baş məşqçisi Sesk Fabreqas Çempionlar Liqasında “Feyenoord”a 2:3 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb.
Sportline.az xəbər verir ki, italiyalılar əvvəlcə hesabda önə keçsələr də, üstünlüklərini qoruya bilməyiblər. Fabreqas rəqibin qələbəyə layiq olduğunu etiraf etməklə yanaşı, öz qərarlarını da tənqid edib.
“Bəzi seçimlərdə mən də səhv etdim. Komandamın bəyəndiyim məqamları oldu, amma ümumilikdə rəqib bizdən daha güclü idi və qələbəyə layiq idi”, – deyə ispaniyalı mütəxəssis bildirib.
O, Çempionlar Liqasının səfər oyunlarının xüsusi çətinlik yaratdığını vurğulayıb. Fabreqasın sözlərinə görə, bu turnirdə iştirak klub üçün böyük fürsətdir və komanda təcrübə toplamağa davam etməlidir.
Məşqçi həmçinin “Komo”nun gözləniləndən beş il əvvəl bu səviyyəyə yüksəldiyini qeyd edib.