“Qırmızı vərəqə olduğunu düşünmürəm”
“Mançester Yunayted” UEFA Çempionlar Liqasının ikinci turunda səfərdə “Atletiko”ya 0:2 hesabı ilə məğlub olub.
Sportline.az xəbər verir ki, Pablo Barrios 53-cü saniyədə hesabı açıb, Ademola Lukman isə 79-cu dəqiqədə fərqi artırıb. İngiltərə klubunun müdafiəçisi Leni Yoro 74-cü dəqiqədə VAR müdaxiləsindən sonra qırmızı vərəqə alaraq meydandan qovulub.
“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik hakim qərarından narazılığını gizlətməyib: “Qırmızı vərəqə olduğunu düşünmürəm. Bu qərarla qətiyyən razı deyiləm. Epizodda qayda pozuntusunun olub-olmaması belə mübahisəlidir. Hərəkət çox zəif təmas idi və bunun qırmızı vərəqə ilə nəticələnməsini başa düşmürəm”.
Karrik komandasının məğlubiyyətə baxmayaraq, oyundan xalla ayrılmaq imkanının olduğunu da bildirib: “Oyunçular çox məyusdurlar. Bu qarşılaşmadan nəsə əldə etmək üçün əlimizdən gələni etdik. Düşünürəm ki, bunu bacara bilərdik, hətta bacarmalı idik”.