"Fənərbağça" "Aston Villa"nın qonağı olacaq
UEFA Çempionlar Liqasının liqa mərhələsinin 2-ci turunun görüşləri davam edir.
Sportline.az xəbər verir ki, "Fənərbağça" Birmingemdə "Aston Villa" ilə üz-üzə gələcək.
Meydan sahiblərində itkilərin sayı çoxdur. Hemminqs, Matteo Ruggeri, İan Maatsen, Modou Keba Sisse, Amadu Onana və Leon Qoretzka baş məşqçi Unay Emerinin sərəncamında olacaq.
"Fənərbağça"da Ceyden Ostervolde və Mert Müldür zədəlidir.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək görüşü slovakiyalı hakim İvan Kruzliak idarə edəcək.