Arne Slot UEFA-da yeni vəzifəyə təyin olundu
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-nın 2026/2027 mövsümü üçün Çempionlar Liqasının Texniki Müşahidəçilər Qrupuna daxil edilib.
Sportline.az xəbər verir ki, niderlandlı mütəxəssis 36 ekspertin yer aldığı qrupda oyunları, taktiki yenilikləri və məşqçilik yanaşmalarını təhlil edəcək.
Qrupda Erik ten Haq, Ule-Qunnar Sulşer, Qaret Sautqeyt, Tomas Frank və Rafael Benites də yer alıb.
Qeyd edək ki, Slot 2024-cü ildə “Liverpul”a baş məşqçi təyin olunub və komandanı 2024/2025 mövsümündə İngiltərə çempionu edib. O, mayın 30-da klubdan ayrılıb.