“Bu, mümkündür, amma start heyəti ilə bağlı qərarımı hələ tam verməmişəm”

“Napoli”nin baş məşqçisi Massimiliano Alleqri Skott MakTomineyin Çempionlar Liqasında meydana çıxmaq şansını dəyərləndirib.

Sportline.az xəbər verir ki, italiyalı mütəxəssis “Vilyarreal”la qarşılaşmada şotlandiyalı yarımmüdafiəçinin start heyətində yer ala biləcəyini istisna etməyib. MakTominey ürək ritmi ilə bağlı tibbi prosedurdan sonra bir müddət yaşıl meydanlardan uzaq qalıb və ötən həftəsonu yenidən oyun praktikasına başlayıb.

“Bu, mümkündür, amma start heyəti ilə bağlı qərarımı hələ tam verməmişəm”, – deyə Alleqri bildirib. O, Kevin De Bruyne ilə MakTomineyin birlikdə oynaması üçün zamana ehtiyac olduğunu da vurğulayıb. “Napoli” bu gün “Vilyarreal”ın qonağı olacaq.