PSJ "Çelsi"yə elçi düşüb
PSJ “Çelsi”nin müdafiəçisi Malo Qustonu transfer etmək variantını yenidən nəzərdən keçirir.
Sportline.az xəbər verir ki, London klubu 23 yaşlı futbolçunun satışına əvvəlkindən daha açıq yanaşır. Paris təmsilçisi yayda da fransalı oyunçu ilə maraqlanıb, lakin “Çelsi” onun üçün 75 milyon funt tələb edib.
PSJ Qustonu Əşrəf Hakiminin alternativi kimi nəzərdən keçirir. Müdafiənin sağ cinahında çıxış edən futbolçu yarımmüdafiədə də oynaya bilir.
Bununla belə, mümkün transferlə bağlı klublar arasında razılaşma əldə olunmayıb.