"Mançester Yunayted" xorvatiyalı futbolçunu transfer etmək istəyir
İngiltərə klubları Dion Beljonun transferi uğrunda mübarizə apara bilər
Sportline.az xəbər verir ki, “Mançester Yunayted” “Dinamo”nun hücumçusu Dion Beljonu heyətinə qatmaq istəyir. TEAMtalk nəşrinin yazdığına görə, “Tottenhem” və “Everton” da 24 yaşlı futbolçunun çıxışını izləyir.
Xorvatiyalı forvard son 14 matçda 12 qol vuraraq diqqətləri üzərinə çəkib. Onun bu görüşlərin 7-də Xorvatiya çempionatında 10 dəfə fərqləndiyi bildirilir. İngiltərə klubları yanvar transfer pəncərəsində mümkün keçidi dəyərləndirirlər.
Hələlik tərəflər arasında rəsmi razılaşmanın əldə olunduğu barədə məlumat yoxdur.