“Bunun üçün bəhanəmiz yoxdur”

“Bayern”in hücumçusu Harri Keyn Çempionlar Liqasının ikinci turunda “Vikinq”lə 3:3 hesablı heç-heçədən sonra komandasının çıxışını dəyərləndirib.

Sportline.az xəbər verir ki, ingiltərəli futbolçu iki qol vurmasına baxmayaraq, qələbənin əldən verilməsindən narazı qalıb. “İlk hissədə zəif oynadıq. İkinci yarıda daha yaxşı çıxış etdik, üstün tərəf biz idik, qol imkanları yaratdıq və hesabı 3:2-yə çatdırdıq. Qırmızı vərəqə isə hər şeyi dəyişdi”, – deyə Keyn bildirib.

Hücumçu komandasının çox sadə səhvlərə yol verdiyini də vurğulayıb: “Yaxşı komandaya qarşı səfərdə həddindən artıq çox səhv etdik. Belə böyük səhvlər edəndə bunun cəzasını çəkirsən. Bu gün də məhz belə oldu. Bunun üçün bəhanəmiz yoxdur”.

“Bayern”in baş məşqçisi Vinsent Kompani isə xal itkisinin səbəbini diqqətsizlikdə görüb. O, komandasının bəzi epizodlarda düzgün qərarlar vermədiyini və bu səhvlərin qələbəyə mane olduğunu deyib.