"Real Madrid" İtaliyada "Roma" ilə qarşılaşacaq

UEFA Çempionlar Liqasının liqa mərhələsində 2-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, turnirin rekord sayda - 15 dəfə qazanan "Real Madrid" "Stadio Olimpiko"da "Roma" ilə üz-üzə gələcək.

Can Piero Qasperinin komandasında Mil Sivilar və Brayan Kristante zədədən əziyyət çəkir.

"Los blankos"da isə Eder Militao, Ferlan Mendi, Raul Asensio və Rodriqo komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Roma" - "Real Madrid" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Oyunun ədalət təmsilçisi fransalı hakim Fransua Leteksiye olacaq.