"Mançester Siti" - PSJ: Heyətlərdəki son durum

UEFA Çempionlar Liqasının liqa mərhələsində 2-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, "Mançester Siti" "Etihad"da "Paris Sen-Jermen"lə münasibətlərini aydınlaşdıracaq.

Mövsümə əla star verən Enzo Mareskanın komandasında itki yoxdur.

Paris klubunda isə yeganə itki Senni Mayulunun adı ilə bağlıdır.

Qeyd edək ki, "Mançester Siti" - PSJ görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Qarşılaşmada söz sahibi almaniyalı Sven Yablonksi olacaq.