Endrik "Real"dan ayrıla bilər
"Real”ın hücumçusu Endrikin qış transfer pəncərəsində İngiltərəyə yollanması gündəmə gəlib.
Sportline.az xəbər verir ki, “Aston Villa” braziliyalı futbolçunu icarəyə götürmək variantını nəzərdən keçirir. “Milan” və “Roma”nın da oyunçunun vəziyyətini izlədiyi bildirilir.
Endrik bu mövsüm Madrid klubunda kifayət qədər oyun vaxtı əldə edə bilməyib. O, ötən mövsüm “Lion”da icarə əsasında çıxış edərkən 21 matçda 8 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Bununla belə, futbolçunun qışda komandadan ayrılması ilə bağlı rəsmi qərar açıqlanmayıb.