“Napoli” MkTominayı buraxmaq istəmir
"Napoli” Şotlandiya millisinin yarımmüdafiəçisi Skott Maktomineylə müqavilənin müddətini uzatmaq istəyir.
Sportline.az xəbər verir ki, klubun idman direktoru Covanni Manna futbolçunun da Neapolda qalmağa müsbət yanaşdığını bildirib. Onun sözlərinə görə, tərəflər yeni müqavilə ilə bağlı danışıqları davam etdirirlər.
Maktominayın hazırkı sözləşməsi 2028-ci ilin yayına qədər qüvvədədir. Manna razılığa gəlmək üçün maliyyə məsələlərinin də həll olunmalı olduğunu vurğulayıb.
Şotlandiyalı futbolçu ötən mövsüm “Napoli”nin uğurunda mühüm rol oynayıb.