“Bornmut” Aleks Skott üçün 100 milyon funt istəyir
"Bornmut”un yarımmüdafiəçisi Aleks Skottun gələcəyi ilə bağlı yeni məlumat yayılıb.
Sportline.az xəbər verir ki, İngiltərə klubu yanvar transfer pəncərəsində futbolçu üçün gələn təklifləri nəzərdən keçirə bilər. Lakin mümkün satış üçün 100 milyon funtdan artıq məbləğ tələb olunur.
“Çelsi” və “Liverpul”un 23 yaşlı oyunçuya maraq göstərdiyi bildirilir. Skottun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir və tərəflər arasında yeni sözləşmə ilə bağlı razılıq əldə olunmayıb.
Bununla belə, futbolçunun yanvarda satılması hələ qəti qərar deyil.