“Zamanlama və keyfiyyət möhtəşəm idi” – Mikel Arteta
“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının ikinci turunda “Lill” üzərində 3:0 hesablı qələbədən sonra komandasının çıxışını dəyərləndirib.
Sportline.az xəbər verir ki, ispaniyalı mütəxəssis ikinci hissədəki hücum oyunundan məmnun qaldığını bildirib. “Bu, izləmək üçün əsl zövq idi. Üç qolun vurulması zamanı ötürmələr, zamanlama və keyfiyyət möhtəşəm idi. Qollarda üç fərqli futbolçu iştirak etdi və başqa oyunçular da hücumlara qoşuldular. Ümumilikdə çox razıyam”, – deyə Arteta bildirib.
Bununla belə, baş məşqçi ilk hissədə komandasının hücumların sonluğunu yaxşılaşdırmalı olduğunu vurğulayıb.
Onun sözlərinə görə, “Arsenal” təhlükəli mövqelərə çıxsa da, son ötürmələrdə texniki keyfiyyət çatışmazlığı səbəbindən bəzi hücumları davam etdirə bilməyib.
London klubu bu qələbə ilə Çempionlar Liqasının liqa mərhələsində ardıcıl ikinci qələbəsini qazanıb.